Zakir İbrahimovdan, Zəngilan, Azərbaycan
08 sentyabr 2012, 16:45
Çox hörmətli Prezident!
Ordumuzun zabiti Ramil Səfərovun Azərbaycana gətirilməsi və əfv edilməsi istiqamətində həyata keçirdiyiniz siyasi fəaliyyətə görə, Sizə Zəngilan rayon təhsil işçiləri adından səmimi təşəkkürümü bildirirəm. Bu milli – tarixi qələbəni Qarabağın azad edilməsi uğrunda aparılan işlərdə müsbət addım kimi qiymətləndiririk. Siz bu qərarınızla tarixdə həmişə xatırlanacaq bir işin öhdəsindən gəlmisiniz. Onsuz da Azərbaycanın bugünkü uğurları tarixə Sizin adınızla yazılır. İnanırıq ki, Sizin açıq, cəsarətli diplomatiyanız biz məcburi köçkünlərin də doğma el-oba həsrətinə son qoyacaqdır. Bu işdə Sizə uğurlar arzulayırıq. Sizə möhkəm cansağlığı diləyirik.
Hörmətlə,
İbrahimov Zakir,
Zəngilan rayonundan məcburi köçkün.
Azərbaycan Respublikası, Bakı şəhəri.