Elman İsmayılovdan, Saatlı, Azərbaycan
18 fevral 2023, 16:00
Əziz və hörmətli Prezidentimiz.
Ölkəmizin yol infrastrukturu günbəgün daha da inkişaf etdirilir. Doğma Azərbaycanımızın bütün bölgələrində, hətta ən ucqar kəndlərdə abadlıq işlərinin görülməsi, yolların çəkilməsi ilə bağlı dövlət tərəfindən mütəmadi olaraq müvafiq təqdirəlayiq tədbirlər görülür.
Belə tədbirlərdən biri də Saatlı şəhərində yaşadığımız küçədə görülən işdir. Yaşadığımız Babək küçəsinin abadlaşdırılması, yola asfalt örtüyünün çəkilməsi sakinlərin böyük razılığına səbəb olub. Uşaqdan böyüyə hamı ürəkdən sevinir. Çünki bu yolda narahatlıq səbəbindən bütün sakinlər əziyyət çəkirdi. Artıq narahatlığa son qoyulub.
Möhtərəm Prezidentimiz, yaşadığım küçənin sakinləri və şəxsən ailəmiz adından Sizə minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Uca Tanrı Sizi qorusun.
Hörmətlə,
İsmayılov Elman Sahib oğlu
Azərbaycan Respublikası, Saatlı şəhəri