Bəxtiyar İslamovdan, Bakı, Azərbaycan
17 fevral 2023, 15:30
Möhtərəm cənab Prezident.
“2023-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamınız əsasında təltif olunmuş gənclər sırasında yer almaqdan böyük sevinc və qürur hissi keçirirəm. Fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyev ideyaları əsasında və Sizin ölkəmizə rəhbərliyiniz dönəmində yetişmiş gənclərdən biriyəm.
Hörmətli cənab Prezident, tərəfinizdən belə bir yüksək mükafata layiq görülməyin məsuliyyətini dərk edir və fəaliyyətimə verdiyiniz yüksək qiymət üçün Sizə dərin təşəkkürümü bildirirəm.
Sizi əmin edirəm ki, qalib və qüdrətli ölkənin gənc nümayəndəsi kimi Azərbaycanın inkişafı naminə öz üzərimə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylərimi əsirgəməyəcəm və bütün qüvvəmlə çalışacağam.
Dərin hörmətlə,
Bəxtiyar İslamov
Azərbaycan Respublikası, Bakı şəhəri.