Tacəddin Novruzovdan, Kürdəmir, Azərbaycan
08 sentyabr 2012, 16:35
Hörmətli cənab Prezident!
Uzun müddət Macarıstanda həbsdə olan Ramil Səfərovun Azərbaycana qaytarılması və əfv olunması ilə bağlı atdığınız addıma görə Sizə öz minnətdarlığımı bildirir və bu münasibətlə Sizi səmimi qəlbdən təbrik edirik. Siz çox böyük iş gördünüz. Bu qərarınız xalqımızın inamını qat-qat artırmışdır. İnşallah bu inamın işığında doğma Qarabağ üzərində də suveren hüquqlarımızı bərpa edəcəyik. Sizin Ali Baş Komandanı olduğunuz Azərbaycan Silahlı Qüvvələri buna qadirdir. Müstəqil Azərbaycanımızın inkişafı naminə gördüyünüz bütün işlərə görə Sizə minnətdarıq.
Rayon Təhsil şöbəsinin kollektivi adından hörmətlə,
Novruzov Tacəddin.
Azərbaycan Respublikası, Kürdəmir rayonu.