Ramin Dadaşovdan, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
16 fevral 2023, 14:00
Möhtərəm cənab Prezident.
Sizin bütün çıxışlarınız dolğun və məzmunlu olur, insanı dərindən düşündürür və yeni bilgilər əldə etmək baxımından əvəzsizdir. Sizin dərin biliyiniz, bütün mövzularda əhatəli şərhləriniz, təhlilləriniz vətəndaşlara zövq və qürur verir. Yorulmaz fəaliyyətiniz, Azərbaycan xalqının rifahı və gələcək uğurları üçün gecəli-gündüzlü çalışmağınız ən yüksək təşəkkürə və minnətdarlığa layiqdir. Siz hər bir vətənpərvər azərbaycanlı üçün qürur və fəxarət ünvanısınız. Sizin rəhbərliyinizlə haradan haraya gəlib çıxdıq. Hər bir sözünüz imzanız oldu.
Hər bir Azərbaycan vətəndaşını 30 ilə yaxın yandırıb-yaxan, torpaq və yurd həsrəti ilə inildədən Qarabağımızın azad edilməsi də Sizin Ali Baş Komandanlığınızla xalqımıza bəxş olundu. Azərbaycanlılar digər xalqlar və millətlər yanında məsud və bəxtəvər oldu. “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” deməklə nümunəvi bir şərq dəyərlərinə sadiq Azərbaycan övladının əsl dəyərini nümayiş etdirdiniz.
Azərbaycanın bugünkü müasir, güclü, beynəlxalq aləmdə nüfuzu artan dövlətə çevrilməsində hörmətli Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri və yorulmaz fəaliyyəti danılmazdır. Bir çox beynəlxalq tədbirlərə, nüfuzlu beynəlxalq idman oyunlarına, mədəni, siyasi və iqtisadi forumlara müstəqil Azərbaycanımızın uğurla ev sahibliyi etməsi məhz Sizin və Mehriban xanımın parlaq işinin təzahürüdür.
Əziz Prezidentimiz, nə yaxşı ki, varsınız. Çox sağ olun ki, xalqımıza yorulmadan xidmət edirsiniz. Dualarımız hər zaman Sizinlədir.
Allah Sizi və Azərbaycanımızı qorusun.
Hörmətlə,
Ramin Dadaşov
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi.