Zakir və Zenfira Ağayevlərdən, Cəlilabad, Azərbaycan
Text size
15 fevral 2023, 16:25
Hörmətli cənab Prezident.
Respublikamızın hər yerində olduğu kimi, bizim Cəlilabad rayonunda da abadlıq işləri görülür, yollar təmir edilir, küçələr işıqlandırılır. Eyni zamanda, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları işlə təmin olunur. Bu işlərin reallaşmasında Sizin qayğınız əvəzsiz rol oynayır.
Bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk.
Biz şəhid ailəsi olaraq, dövlətimizin qayğısından, göstərdiyi köməkdən hər zaman razıyıq.
Ulu Tanrı köməyiniz olsun.
Hörmətlə,
Zakir və Zenfira Ağayevlər
Şəhid valideynləri
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Günəşli kəndi.