logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yaşar Şirəliyev və başqalarından, İsmayıllı, Azərbaycan

Text size icon-size icon-size

15 fevral 2023, 14:24

Hörmətli cənab Prezident.

Sizin gördüyünüz genişmiqyaslı işlər ölkə vətəndaşlarının güzəranının daha da yaxşılaşmasına xidmət edir. Bunun müsbət nəticələrini biz bu gün real həyatda görürük.

Mən İsmayıllı rayonunun Enişdibi kənd sakiniyəm. Yaşadığım ərazi təbii qazla təmin olunmamışdan əvvəl çox əziyyət çəkirdik. Bu soyuq qış mövsümündə təbii qazla təmin olunmağımız bizim üçün əlamətdar oldu. Evlərə “mavi yanacağ”ın verilməsi hamımızı sevindirdi.

Cənab Prezident, Sizin rəhbərliyiniz altında ölkəmizdə, o cümlədən İsmayıllıda görülən işlərə, həyata keçirilən tədbirlərə görə Enişdibi kənd sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Şirəliyev Yaşar

Əhmədov Həsən

Əhmədov Əlif

Cəbrayılov Koroğlu

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Enişdibi kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi