Əkbər Qafarovdan, Naxçıvan, Azərbaycan
15 fevral 2023, 12:25
Hörmətli cənab Prezident.
Mən gənc könüllü olaraq, Sizin siyasətinizi dəstəkləyir və hər zaman Sizə güvənirəm. Siz xalqa arxalandığınız kimi, xalqımız da Sizə arxalanır, Sizdən güc alır. Nə yaxşı ki, Siz varsınız.
Dost və qardaş ölkə Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ ilə əlaqədar göstərdiyiniz kömək üçün Sizə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
“Dost dar gündə tanınar!” – deyiblər. Bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə hər zaman dar gündə bir-birlərinə kömək əlini uzatmış, dərdinə şərik çıxmış, sevincinə sevinmişdir.
Mən fəxr hissi ilə bildirmək istəyirəm ki, biz çox şanslıyıq ki, Sizin kimi Prezidentimiz var.
Eşq olsun, cənab İlham Əliyevə!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Hörmətlə,
Əkbər Qafarov
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yuxarı Aralıq kəndi.