logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nailə Zülfüqarovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

08 sentyabr 2012, 16:25

Cənab Prezident İlham Heydər oğlu Əliyev!

Sizə sonsuz minnətdarlığımı, təşəkkürümü bildirirəm. “Mən hər bir azərbaycanlının Prezidentiyəm” dediniz eşitdik, bir daha əməl etdiyinizi gördük. Artıq Ramil Səfərov azadlıqdadır. Siz Azərbaycan xalqına sürpriz etdiniz. Qürurla, fəxrlə əllərinizdən öpürəm. İnanıram ki, ikinci belə sevinci Qarabağa qayıdanda yaşayacaq, Sizə növbəti məktubu Laçından göndərəcəyəm.

Sizin seçki kampaniyanız avqustun 31-dən başlandı. Siz bu hüququ vəkilsiz, teledebatsız, təbliğat kampaniyası aparmadan qazandınız. Mən Sizə qəlbimlə səs verəcəyəm, çünki buna layiqsiniz.

Hörmətlə,

Zülfüqarova Nailə, “Bakıpoladtökmə” ASC-nin laborantı.
Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi