Sevil Səfərovadan, Bakı, Azərbaycan
Text size
11 fevral 2023, 13:20
Möhtərəm cənab Prezident.
Böyük və mərhəmətli ürəyinizə görə Allah Sizə və Mehriban xanıma xoşbəxtlik, möhkəm cansağlığı, uzun ömür, həyatda daim gözəl anlar qismət etsin.
Dost və qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar qardaş ölkəyə göstərdiyiniz dəstəyə, köməyə görə Sizə minnətdaram.
Fevralın 8-də Siz başsağlığı vermək üçün Türkiyənin Azərbaycandakı səfirliyinə avtomobillə gedərkən mən avtobus dayanacağında durmuşdum. Sizin üçün dualar etdim. Xeyir əməllərinizə və yaxşılıqlarınıza görə Allah özü Sizi mükafatlandırsın, Sizi və ailənizi daim qorusun.
Hörmətlə,
Sevil Səfərova
Azərbaycan Respublikası, Bakı şəhəri.