08 fevral 2023, 15:00
Xəyyam Fətəliyevdən, Yevlax, Azərbaycan
Hörmətli cənab Prezident.
Bu gün Sizin siyasi iradəniz və qətiyyətiniz sayəsində güclənən və inkişaf edən Azərbaycanın hər bir vətəndaşı öz ölkəsi ilə haqlı olaraq fəxr edir. Sizin ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması ilə bağlı atdığınız addımları qürur hissi ilə qarşılayırıq.
Qardaş Türkiyə dövlətində baş verən təbii fəlakətlərin nəticələri ilə bağlı dərin kədər hissi keçirdiyimi bildirirəm. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Qardaş Türkiyəyə dəstək olmaq üçün orada lazımi işlərdə iştirak etməyə hazıram.
Hörmətlə,
Fətəliyev Xəyyam Yaqub oğlu
Kəlbəcər şəhər sakini, Vətən müharibəsi qazisi
Azərbaycan Respublikası, Yevlax şəhəri.