Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydaları"na əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
13 avqust 2010, 18:40
Azərbaycan Respublikasında daşınmaz əmlak obyektlərinə ünvan verilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 981) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"na aşağıdakı əlavələr edilsin:
1.1. 3.2-ci bəndin sonuna “və ya dəyişdirilir” sözləri əlavə edilsin;
1.2. 4.2-ci bəndə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Bu Qaydalara uyğun olaraq daşınmaz əmlak obyektlərinə ünvan verilməsi və ya ünvanın dəyişdirilməsi barədə məlumat 7 gün müddətində Xidmət tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 avqust 2010-cu il.