Baba Mahmudzadədən, Qobustan, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
09 fevral 2023, 11:52
Hörmətli cənab Prezident.
Sizin tapşırıqlarınız, diqqət və qayğınız sayəsində Azərbaycanda gənclərin inkişafı üçün böyük işlər görülmüşdür.
Gənclər hər bir xalqın ayıq-sayıq və ən itigörən gözü, ümumiyyətlə, tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olub. Sağlam və intellektual gənc nəslin yetişdirilməsi dövlətin, xalqın əsas strateji hədəflərindən sayılıb. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması isə mənsub olduğu xalqın rifahının yüksəlməsi, ölkənin çiçəklənməsi deməkdir.
Azərbaycanda gənclərin inkişafının əsas səbəbi məhz Sizin onlara göstərdiyiniz qayğıdır. Ölkə gəncləri Sizi özlərinin idealı hesab edir və hər zaman Sizi dəstəkləyirlər.
Hörmətlə,
Baba Mahmudzadə
Azərbaycan Respublikası, Qobustan rayonu.