08 fevral 2023, 17:30
Anatoliy Rafailovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sadə və təvazökar fəaliyyətimə verdiyiniz çox böyük və dəyərli qiymətə - məni “Şöhrət” ordeni ilə təltif etdiyinizə görə öz adımdan və ailəm adından Sizə səmimi qəlbdən dərin təşəkkürümü bildirirəm. Göstərdiyiniz böyük etimadın məsuliyyətini dərindən dərk edir və Sizi əmin edirəm ki, bundan sonrakı fəaliyyətimdə də Sizin və seçicilərimin etimadını həmişə doğrultmağa çalışacağam.
Sizə uzun ömür, cansağlığı, ulu öndər Heydər Əliyevin yaratdığı və xalqımıza əmanət etdiyi müstəqil Azərbaycanımızın əbədiliyi, daha da inkişaf etməsi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.
Allah Sizi qorusun.
Dərin ehtiramla,
Anatoliy Rafailov
Milli Məclisin deputatı
Azərbaycan Respublikası, Bakı şəhəri.