Rəşad Seyfullayevdən, Cəlilabad, Azərbaycan
08 fevral 2023, 18:47
Hörmətli cənab Prezident.
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, öz ərazi bütövlüyünü bərpa etməsi xalqımıza böyük ruh yüksəkliyi bəxş etmişdir. Sizin sayənizdə respublikamızda və onun bir parçası olan doğma Cəlilabadda abadlıq-quruculuq işləri görülür. Bu işlər vətəndaşları qəlbən sevindirir. Son illər ərzində rayonumuzda çox iş görülüb. Bizim kənd də bu sıradadır.
Cənab Prezident, respublikamızda, eləcə də rayonumuzda həyata keçirilən abadlıq-quruculuq işlərinə görə Sizə öz minnətdarlığımı bildirirəm. Biz – Cəlilabad sakinləri həmişə Sizinlə fəxr edirik.
Allah Sizi qorusun.
Hörmətlə,
Rəşad Seyfullayev
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Abışabad kəndi.