Vidadi Hüseynovdan, Bakı, Azərbaycan
08 sentyabr 2012, 15:50
Çox hörmətli möhtərəm Prezident!
Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Vətənə gətirilərək Sərəncamınızla əfv edilməsi milyonların sevincinə səbəb oldu.
Haqqın, ədalətin bərpası uğrunda apardığınız məqsədyönlü, ardıcıl, prinsipial siyasət sayəsində Azərbaycan zabitinin haqlarının bərpasını təmin etməklə dövlətimizin adını bir daha yüksəklərə qardırdınız.
Bu məktubu da Sizə həmin sevinc hissinin təsiri altına yazırıq. Qoy, haqq və ədalət həmişə zəfər çalsın!
Düşmənlərimizə göz dağı olan cəsarətli işlərinizdə Sizə dəstək olmaqdan şərəf duyuruq. Bu işdə əməyi olanlara, şəxsən, cənab Prezident, Sizə, ədaləti müdafiə edib düzgün qərar verən Macarıstan dövlətinə, qədirbilən xalqımıza bir daha minnətdarlığımızı bildiririk.
Allah-Təala həmişə yaxşı insanları qorusun!
Azərbaycanımızı qorusun!
Dünyamızı salamat saxlasın! Azərbaycanı ədalətlə idarə edən cənab Prezidentimizə həmişə kömək olsun! İnşallah!!!
Seyidovlar, Məhəmmədovlar, Hüseynovlar, Abbasovlar, Ağayevlər adından dərin hörmətlə,
Hüseynov Vidadi Bayram oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi.