Teyyub Nəcəfovdan, Ağdam, Azərbaycan
08 sentyabr 2012, 15:45
Hörmətli cənab Prezident!
Zabitimiz Ramil Səfərovun göstərdiyiniz səylər nəticəsində azad olunması bütün Azərbaycan xalqı kimi Ağdam Subartezian Quyularının İstismarı İdarəsinin kollektivinin də böyük sevincinə səbəb olmuşdur. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasını uğurla davam etdirməyiniz Azərbaycanımızı lider dövlətə çevirmişdir. Siz bu lider dövlətin müdrik Prezidentisiniz. Xalqımız Sizə inanır, əminik ki, Ramil Səfərovla bağlı məsələdə olduğu kimi torpaqlarımızın işğaldan azad edilməsi işində də qələbənizlə bizi sevindirəcəksiniz. Bu yolda Sizə uğurlar arzulayırıq. Ulu Tanrı arzularımızı çin etsin!
Hörmətlə,
Teyyub Nəcəfov.
Azərbaycan Respublikası, Ağdam rayonu.