6 nömrəli məktəb-liseyin kollektivindən, Bakı, Azərbaycan


08 fevral 2023, 13:09
Əziz və doğma Prezidentimiz,
Xoşbəxtik ki, Siz bizim məktəbimizin məzunusunuz. Siz torpaqlarımızı azad edərək bizi Qarabağımıza qovuşdurdunuz. Komandanlığınız altında qəhrəman ordumuz düşməni məğlub edərək xalqımıza böyük tarixi Zəfər yaşatdı. Bu sevinci bizə bəxş etdiyiniz üçün Sizə minnətdarıq. Sizinlə fəxr edirik.
Bu gün Azərbaycan tariximizin ən qüdrətli dövrünü yaşayır. Əldə etdiyimiz uğurlar, qələbələr məhz Sizin böyük əməyinizin, gərgin fəaliyyətinizin nəticəsində mümkün olub. Hər birimiz üçün ən böyük vətənpərvər və örnək alacağımız insan Sizsiniz! Sizin dediyiniz hər bir fikir, irəli sürdüyünüz ideyalar bizim üçün əvəzsiz nəsihətdir. Keçdiyiniz həyat yolu isə hər bir insan üçün nümunədir. Bu gün hansı xarici ölkəyə gediriksə, harada oluruqsa fəxrlə deyirik ki, İlham Əliyev bizim Prezidentimiz və məktəbimizin məzunudur.
Cənab Prezident, Sizi əmin edirik ki, biz də Vətənimizə, dövlətimizə layiq, savadlı, vətənpərvər gənclər olaraq ölkəmizi uğurla təmsil edəcəyik.
Sizin sayənizdə məktəbimizin maddi-texniki bazası ən müasir şəkildə yenidən qurulub. Məktəblilərin yüksək keyfiyyətli təhsil almaları üçün hər cür şərait yaradılıb. Bu, bizi çox sevindirir, eyni zamanda, üzərimizə böyük məsuliyyət qoyur. Çünki Sizin məzunu olduğunuz məktəbin kollektivi kimi bu məsuliyyətin öhdəsindən gəlməliyik.
Əziz Prezidentimiz, bizə bu sevincli günləri yaşatdığınız üçün 6 nömrəli məktəb-liseyin müəllim və şagirdləri olaraq Sizə bir daha minnətdarlığımızı bildirir, cansağlığı və yeni-yeni zəfərlər diləyirik.
Tanrı Sizi və Azərbaycanımızı qorusun!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Səmimi və xoş arzularla,
6 nömrəli məktəb-liseyin müəllim və şagird kollektivi.
Azərbaycan Respublikası, Bakı şəhəri.