“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
04 fevral 2023, 14:36
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036; 2017, № 4, maddə 520, № 5, maddə 743; 2018, № 6, maddə 1187; 2019, № 1, maddə 28, № 5, maddə 797, № 6, maddə 986, № 8, maddə 1360, № 11, maddə 1692, № 12, maddə 1903; 2020, № 6, maddə 662; 2021, № 6 (I kitab), maddə 551, № 7, maddə 701, № 12, maddələr 1315, 1329, 1339; 2022, № 5, maddə 426) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qanunun 1 nömrəli əlavəsinin 6-cı maddəsində “Rabitə” sözü “Telekommunikasiya və poçt rabitəsi” sözləri ilə əvəz edilsin.
2. Həmin Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində “rabitə” sözü “telekommunikasiya” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2022-ci il