Elşən Ağazadədən, Biləsuvar, Azərbaycan
03 fevral 2023, 13:10
Hörmətli cənab Prezident.
Sizin daxili və xarici siyasətinizin uğurlu nəticəsidir ki, Azərbaycan istər regionda, istərsə də dünyada qüdrətli dövlətə çevrilmişdir. Bu gün Sizin diqqət və qayğınızın sayəsində ölkəmizdə təhsil sistemi də digər sahələr kimi inkişaf edir, müasir tələblərə cavab verir.
Cənab Prezident, Şirvan-Salyan Regional Təhsil İdarəsinin gənc təhsil işçiləri olaraq Sizi əmin edirik ki, göstərdiyiniz diqqət və qayğıdan güc alaraq təhsilimizin inkişafı naminə yorulmadan çalışacağıq.
Sizə cansağlığı, dövlətimiz və xalqımız naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.
Allah Sizi və dövlətimizi qorusun!
Hörmətlə,
Ağazadə Elşən
Azərbaycan Respublikası, Biləsuvar şəhəri.