Fazil Məhərrəmov və başqalarından, Salyan, Azərbaycan
08 sentyabr 2012, 15:15
Hörmətli cənab Prezident!
Sizin imzaladığınız əfv Sərəncamı ilə Ramil Səfərovu azad etməyiniz biz Salyan gənclərində bir daha yüksək vətənpərvərlik hissi oyatdı. Heç bir dövlət başçısında olmayan xarakter və xüsusiyyətlər məhz Sizdə - İlham Əliyev cənablarında var. Siz öz əsgərinizə və hər bir Azərbaycan vətəndaşına qayğı ilə yanaşır, onların problemlərini öz probleminiz kimi qəbul edirsiniz. Ramil Səfərovu azad etməklə bir daha Azərbaycan dövlətinin, Heydər Əliyev siyasətinin gücünü və Azərbaycan Prezidenti İlham Əliyev cənablarının xalqına, millətinə olan sevgisini bütün dünya ictimaiyyətinə çatdırdınız. Ramil Səfərovun qayıdışı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Sizin tərəfinizdən uğurla davam etdirilən xarici siyasətin, Azərbaycanın beynəlxalq nüfuzunun və diplomatiyasının təntənəsidir. Biz gənclər inanırıq ki, yaxın vaxtlarda Dağlıq Qarabağda, Xankəndidə Azərbaycan bayrağını Siz dalğalandıracaqsınız. Bu gün Azərbaycan gəncliyi İlham Əliyev cənablarının siyasi məktəbinin məzunlarıdır. Dünyanın hər bir bölgəsində yaşayan azərbaycanlılar, eləcə də bütün Türk dünyası Sizinlə fəxr edir və qürur hissi keçirir. Rayon gəncləri Vətənə, torpağa sevgini, vətənpərvərlik ruhunu Sizdən öyrənirlər, cənab Prezident.
Tanrı Sizi qorusun!
Hörmətlə,
Salyan rayonu Yeni Azərbaycan Partiyasının üzvləri Məhərrəmov Fazil Sabir oğlu, Hüseynov Murad Fariz oğlu, Hüseynov Emin Teyyub oğlu və başqaları (134 imza).
Azərbaycan Respublikası, Salyan rayonu.