Sücayət Nəsirovdan, Masallı, Azərbaycan
08 sentyabr 2012, 13:30
Möhtərəm cənab Prezident,
Ramil Səfərovun azadlığa buraxılması haqqında atdığınız humanist addıma görə Sizə minnətdarlıq edirik. Biz bu günü gözləyirdik. Gözləyirdik ki, Vətənin qeyrətli oğlunun hüquqları bərpa ediləcəkdir. Biz inanırdıq ki, Prezidentimiz buna nail olacaqdır. Belə də oldu. Avqustun 31-də Ramil Səfərovun doğma Vətənə gətirilməsi və Sərəncamınızla əfv olunması xəbərini xalqımız çox böyük ruh yüksəkliyi ilə şadyanalıq etdi. Çox həssas məsələdə Sizin qətiyyətli qərarınız hər bir vətənpərvər azərbaycanlının ürəyincə oldu, düşmənlərimizi isə şoka saldı. Müdrik diplomatiyanızın bu növbəti uğuru münasibəti ilə, cənab Prezident, Sizi ürəkdən təbrik edirik. Gün o gün olsun ki, Sizi böyük Qələbəmiz münasibəti ilə təbrik edək!
Hörmətlə,
Nəsirov Sücayət Şaban oğlu,
Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Masallı rayonu, Ərkivan qəsəbəsi,