27 yanvar 2023, 14:44

Vüsal Hüseynovdan, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz, Azərbaycan xalqının sosial rifahının yaxşılaşması və ölkəmizin inkişaf etməsi üçün böyük islahatlar həyata keçirirsiniz. Azərbaycan xalqının tərəqqisində və güclü, müasir, savadlı cəmiyyət kimi formalaşmasında Sizin böyük payınız vardır. Azərbaycan Sizin müdrik siyasətinizlə günü-gündən güclənir və gözəlləşir. Azərbaycan Respublikasının hər şəhəri, hər bölgəsi bu siyasətin bəhrəsini görür, çiçəklənmə dövrünü yaşayır.

Hörmətli cənab Prezident, uğurlu islahatlarınız və təqdirəlayiq işləriniz üçün Sizə minnətdaram.

Hörmətlə,

Hüseynov Vüsal Ceyhun oğlu

Azərbaycan Respublikası, Göyçay şəhəri.