26 yanvar 2023, 12:51

Elbəyi Məmmədovdan, Bərdə, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz, doğma Azərbaycanımızı beynəlxalq səviyyədə çox müvəffəqiyyətlə təmsil edirsiniz. Davos Dünya İqtisadi Forumunda uğurlu iştirakınız və orada keçirdiyiniz səmərəli görüşləriniz bir vətəndaş olaraq məni sevindirir. Bütün bunlar ölkəmizin siyasi və iqtisadi inkişafına öz müsbət təsirini göstərir və şübhə yoxdur ki, gələcəkdə də göstərəcəkdir.

Sizin uzaqgörən və müdrik siyasətiniz nəticəsində ölkəmizin inkişaf sürətinin daha yüksək və xalqımızın gələcək sosial rifahının daha yaxşı olacağına dərin inam bəsləyir və uğurlarınızın davamını diləyirəm.

Hörmətlə,

Məmmədov Elbəyi,

Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Bərdə rayonu, Hacallı kəndi.