Mövlüd Cəlilovdan, Saatlı, Azərbaycan
08 sentyabr 2012, 13:00
Hörmətli cənab Prezident,
Biz bugünlərdə çox böyük tarixi hadisənin şahidi olduq. Ordumuzun zabiti Ramil Səfərov Vətənə gətirildi, Sizin Sərəncamınızla əfv olundu. Bu, həqiqətən böyük nailiyyətdir. Biz inanırdıq ki, Siz belə də edəcəksiniz. Mən Ramilin televizorda müsahibəsini dinləmişəm. Elə o da bu sözləri söyləyirdi. Deyirdi ki, həbsdə olduğum illərdə Vətənə qayıdacağıma inamımı bir an belə itirməmişəm. Bu inam Sizin beynəlxalq aləmdəki yüksək nüfuzunuzdan, dövlətimizin inkişafından qaynaqlanır. Biz əminik ki, Qarabağ torpaqlarımız da tezliklə azad olunacaq və daha böyük sevinc hissi yaşayacağıq. Cənab Prezident, Sizə işlərinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayırıq.
Günəşli kənd ümumi orta məktəbin
kollektivi adından hörmətlə,
Cəlilov Mövlüd Məhəmməd oğlu.
Azərbaycan Respublikası, Saatlı rayonu.