25 yanvar 2023, 13:30

Əhəd Vəliyevdən, Şərur, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizə - dövlətimizin daxili və xarici siyasətini uğurla həyata keçirən, Ulu Öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad edən Ali Baş Komandanımıza dərin minnətdarlığımı bildirirəm.

Sizin kadr islahatlarınız cəmiyyətdə hər zaman böyük rəğbətlə qarşılanır. Bu islahatların uğurlu nəticələri son vaxtlar Naxçıvan Muxtar Respublikasında da özünü göstərir.

Cənab Prezident, Sizin əmrinizə daim müntəzirəm, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canımdan keçməyə hər zaman hazıram.

Ulu Tanrıdan şəhidlərimizə rəhmət diləyirəm.

Yaşasın Azərbaycan Respublikası!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Vəliyev Əhəd,

I Qarabağ müharibəsi veteranı, sabiq polis zabiti,

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Qarxun kəndi.