23 yanvar 2023, 17:22

Zinaida İqnatenkodan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycanda ahıllara və yaşlı insanlara hər zaman dərin ehtiram olub, onlar daim qayğı və nəvazişlə əhatə olunub. Bu qədim ənənənin bu gün də yaşadılması, əlbəttə ki, sevindirici haldır.

Ölkəmizdə yaşlı nəslin problemlərinə hər zaman böyük həssaslıqla yanaşılır, ahıl insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunur və bu qayğı ildən-ilə artır.

Mənim 85 yaşım var, tək yaşayıram. Məhz Sizin qayğınız nəticəsində biz nə yaşımızın ahıl çağını, nə də kimsəsiz olduğumuzu hiss etmirik. Bizə müxtəlif növ xidmətlər göstərilir, maddi-məişət şəraitimiz yaxşılaşdırılır.

Bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirir, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

İqnatenko Zinaida

Azərbaycan Respublikası, Bakı şəhəri.