Şəhruzə Məlikovadan, Cəlilabad, Azərbaycan
23 yanvar 2023, 13:39
Çox hörmətli cənab Prezident.
Sizin, ölkəmizin inkişafına, xalqımızın xoş güzəranının təmin olunmasına yönəlmiş islahatlarınızı, imzaladığınız sərəncamlarınızı görüb-eşitdikcə qəlbimiz dağa dönür. Ölkəmiz üçün taleyüklü məsələlərin həllində, həmçinin Azərbaycana təsirsiz ötüşməyən qlobal problemlərin fəsadlarının aradan qaldırılması zamanı Sizin əməyiniz, xidmətləriniz müstəsna rol oynadı. Bütün bunlara görə Sizinlə qürur duyur və Sizi hər zaman dəstəkləyirik. Biz cəlilabadlılar Sizə nə qədər təşəkkür etsək, yenə də azdır.
Gələcək işlərinizdə Sizə uğurlar arzu edirəm, cənab Prezident.
Hörmətlə,
Məlikova Şəhruzə
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Əliqasımlı kəndi.