Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
21 yanvar 2023, 14:46
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2 (I kitab), maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 4, maddə 524, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851, № 11, maddə 2212, № 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, № 1, maddələr 23, 50, № 5, maddələr 806, 812, 814, № 6, maddələr 994, 996, № 7, maddə 1202, № 8, maddə 1369, № 11, maddə 1681, № 12, maddə 1908; 2020, № 5, maddə 515, № 7, maddələr 822, 832, 839, 843, № 12 (I kitab), maddələr 1423, 1435; 2021, № 1, maddə 8, № 4, maddə 307, № 6 (I kitab), maddələr 556, 558, № 7 maddə 711, № 8, maddə 894, № 11, maddə 1206, № 12, maddə 1335; 2022, № 6, maddə 580, № 8, maddələr 824, 828, 833) aşağıdakı dəyişikliklər edilsin:
1. 105-1.3-cü maddədə “sahiblərinin” sözü “mülkiyyətçilərinin” sözü ilə əvəz edilsin.
2. 105-1.5-ci maddənin ikinci cümləsində “ləğv edilməlidir” sözləri “dövriyyədən çıxarılmalıdır” sözləri ilə əvəz edilsin.
3. 106.1-ci maddədə “ləğvi” sözü “dövriyyədən çıxarılması” sözləri ilə əvəz edilsin.
4. 106.2-ci maddənin üçüncü və dördüncü cümlələrində “sahiblərinə” sözü “mülkiyyətçilərinə” sözü ilə əvəz edilsin.
5. 106-1.3-cü və 106-1.4-cü maddələrdə “sahibi olan səhmdarının” sözləri “mülkiyyətçisinin” sözü ilə əvəz edilsin.
6. 106-1.5-ci maddədə “sahibi” sözü “mülkiyyətçisi” sözü ilə əvəz edilsin.
7. 106-1.6.2-ci maddədə “reyestrsaxlayıcısına” sözü “mərkəzi depozitara” sözləri ilə əvəz edilsin.
8. 106-3.4-cü maddənin birinci cümləsində “sahiblərinə” sözü “mülkiyyətçilərinə” sözü ilə əvəz edilsin.
9. 107-2.1-ci maddədə, 107-2.2-ci maddənin üçüncü cümləsində və 107-2.3-cü maddənin ikinci cümləsində “sahibləri” sözü “mülkiyyətçiləri” sözü ilə əvəz edilsin.
10. 139-1.1.3-cü maddədə “mənzil” sözü “daşınmaz əmlak” sözləri ilə əvəz edilsin.
11. 183-cü maddədə “özgəninkiləşdirənin qiymətli kağızı əldə edənə verdiyi andan” sözləri “qiymətli kağıza mülkiyyət hüququ əldə edildiyi andan əşyaya” sözləri ilə əvəz edilsin.
12. 403-1.1-ci maddənin ikinci cümləsinə “qiymətli kağız” sözlərindən sonra “(investisiya fond payı istisna olmaqla)” sözləri əlavə edilsin.
13. 946.1-ci maddənin ikinci cümləsindən “, bank və ya depozit sertifikatı ilə” sözləri çıxarılsın.
14. 987.1-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Qiymətli kağızı emissiya etmiş, buraxmış və ya vermiş şəxs bu Məcəllənin 54-cü fəslinin məqsədləri üçün emitent adlanır.”.
15. 992-ci maddədə “alınır” sözü “alınmaqla qiymətli kağızların dövlət reyestrinə daxil edilir” sözləri ilə əvəz edilsin.
16. 995.1-ci maddədən “emitent fiziki şəxsin yaşayış yeri üzrə və ya” sözləri çıxarılsın.
17. 997.6-cı və 1078-2.9-cu maddələr ləğv edilsin.
18. Aşağıdakı məzmunda 1078-20.10-1-ci maddə əlavə edilsin:
“1078-20.10-1. İpoteka və girov kağızlarında blanklı indossamentə yol verilmir.”.
19. 1078-21.7-ci maddənin birinci cümləsindən “ixtiyarlı” sözü çıxarılsın.
20. 1078-23.4-cü maddənin ikinci cümləsi çıxarılsın.
21. 1078-23.14-cü maddədə “məhkəmə icraçılarının” sözləri “icra məmurlarının” sözləri ilə əvəz edilsin.
22. 1078-26.7-ci maddədə “Qiymətli” sözü “Sənədli qiymətli” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 dekabr 2022-ci il