Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1999-cu il 9 dekabr tarixli 226 nömrəli, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2000-ci il 28 noyabr tarixli 421 nömrəli, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 9 avqust tarixli 548 nömrəli, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli və “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 16 oktyabr tarixli 469 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
21 yanvar 2023, 15:03
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 226 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 706; 2001, № 10, maddə 640; 2006, № 5, maddə 409, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2020, № 12 (I kitab), maddə 1477) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4-cü hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə” üzrə:
1.2.1. 6-cı hissədə “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində (bundan sonra – Dövlət Xidməti)” sözləri ilə, “yerli qurumlarında” sözləri “yerli bölmələrində” sözləri ilə əvəz edilsin;
1.2.2. 8-ci hissədə, 20-ci hissənin birinci abzasında, 24-cü hissənin birinci, ikinci abzaslarında və 25-ci hissədə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;
1.2.3. 16-cı hissənin birinci abzasında, ikinci abzasının birinci və ikinci cümlələrində, üçüncü abzasında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə, ismin müvafiq hallarında “yerli qurumları” sözləri ismin müvafiq hallarında “yerli bölmələri” sözləri ilə əvəz edilsin;
1.2.4. 19-cu hissənin birinci abzasında “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə, “yerli qurumlarına” sözləri “yerli bölmələrinə” sözləri ilə əvəz edilsin;
1.2.5. 21-ci hissənin birinci abzasında “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə, “yerli qurumları” sözləri “yerli bölmələri” sözləri ilə, ikinci abzasında “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 797; 2001, № 12, maddə 755; 2006, № 8, maddə 660; 2016, № 2 (II kitab), maddə 244, № 12, maddə 2055) ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3-cü hissədə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;
2.2. 4-cü hissədə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələri” sözləri “Dövlət Xidmətinin yerli bölmələri və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin yerli qurumları” sözləri ilə əvəz edilsin;
2.3. 5-ci hissədə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri” sözləri “Dövlət Xidmətinin rəisi” sözləri ilə əvəz edilsin;
2.4. 6-cı hissədə “Komitəsinin sədri” sözləri “Xidmətinin rəisi” sözləri ilə əvəz edilsin;
2.5. 7-ci hissədə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru, onun müavinləri və aidiyyəti struktur vahidlərinin (şöbələrinin) rəhbərləri və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin aidiyyəti struktur vahidlərinin (şöbələrinin)” sözləri “Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin aidiyyəti struktur bölmələri” sözləri ilə əvəz edilsin;
2.6. 8-ci hissədə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələrinin” sözləri “Dövlət Xidmətinin yerli bölmələrinin və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin yerli qurumlarının” sözləri ilə, “yerli qurumların (bölmələrin)” sözləri “yerli bölmələrin (qurumların)” sözləri ilə əvəz edilsin;
2.7. 9-cu hissədə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;
2.8. 10-cu hissədə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, onların yerli qurumları və yerli bölmələri” sözləri “Dövlət Xidməti, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və onların yerli bölmələri (qurumları)” sözləri ilə əvəz edilsin;
2.9. 12-ci hissədə “Dövlət Komitəsi və onun yerli bölmələri” sözləri “Dövlət Xidməti və onun yerli qurumları” sözləri ilə, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə onun” sözləri “Dövlət Xidmətinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin.
3. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 548 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 524; 2016, № 2 (II kitab), maddə 251; 2019, № 5, maddə 843) 2-ci hissəsinin dördüncü abzasında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumları” sözləri “Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 577; 2008, № 12, maddə 1063; 2014, № 11, maddə 1421; 2016, № 2 (II kitab), maddə 241) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3-cü hissənin dördüncü abzasında “Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanır və” sözləri “İqtisadiyyat Nazirliyi tərəfindən” sözləri ilə əvəz edilsin;
4.2. 4-cü hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili” sözləri ilə əvəz edilsin;
4.3. 18-ci hissənin ikinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 oktyabr tarixli 469 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 10, maddə 848; 2008, № 1, maddə 9; 2009, № 5, maddə 319; 2010, № 2, maddə 80, № 7, maddə 610; 2022, № 8, maddə 845) ilə təsdiq edilmiş “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”nın 3.2.1-ci yarımbəndində “Respublika Auksion” sözləri “Hərracların Təşkili” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 yanvar 2023-cü il