Xəlil Yusifli və başqalarından, Gəncə, Azərbaycan
08 sentyabr 2012, 12:15
Möhtərəm cənab Prezident!
Bu gün Azərbaycan dövləti öz vətəndaşlarının hüquq və mənafelərinin təminatçısı olduğunu Sizin kimi müdrik və qüdrətli Prezidentinin simasında bir daha nümayiş etdirdi. Ramil Səfərovun Azərbaycana qaytarılaraq azadlığa buraxılması xalqımızın, Prezidentimizin iradəsinin, Prezident-Xalq həmrəyliyinin təcəssümüdür. Bu gün hər bir Azərbaycan vətəndaşını müdafiə edən onun qüdrətli Prezidenti, hər bir əsgər və zabitimizin arxasında dayanan onun qorxmaz Ali Baş Komandanı vardır. Buna görə Sizə dərin minnətdarlığımızı bildirir, Tanrıdan uzun ömür, cansağlığı diləyir, uğurlar arzulayırıq.
Gəncə Dövlət Universitetinin professorları adından
Xəlil Yusifli,
Sədnik Paşayev,
Abbas Səmədov,
Mübariz Yusifov,
Sadiq Şükürov,
Telman Quliyev.
Azərbaycan Respublikası, Gəncə şəhəri.