21 yanvar 2023, 14:00

Tehran Əmiraslanovdan, Quba, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Davos Dünya İqtisadi Forumu çərçivəsində Çinin televiziya kanalına verdiyiniz müsahibəni böyük maraqla izlədim. Ölkəmiz və bütün bəşəriyyətlə bağlı söylədiyiniz dəyərli, səmimi fikirlər məni bir daha valeh etdi. Müsahibədəki maraqlı fikirlərinizdən biri də budur: “Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam”.

Cənab Prezident, mən bir vətəndaş kimi Sizi, ölkəmizi çox sevirəm. Sizin kimi dövlət başçımız olduğuna görə qürur duyuram.

Allah Sizə hər zaman yar olsun!

Hörmətlə,

Tehran Əmiraslanov,

Azərbaycan Respublikası, Quba şəhəri.