Dilarə Əliyevadan, Xaçmaz, Azərbaycan
08 sentyabr 2012, 12:00
Möhtərəm Prezident!
Bu məktubumla yazıb bildirirəm ki, mən Xaçmaz şəhərində yaşayan bir ana kimi, Ramil Səfərovun azad olunmasını eşidib çox şad oldum. Allah Sizi həmişə şad etsin.
Cənab Prezident!
Ulu öndərimizin başladığı işləri Siz uğurla davam etdirirsiniz. O gün olsun ki, xalqımızın ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsi də tezliklə öz həllini tapsın. Biz buna əminik. Siz bu problemi də həll edəcəksiniz. Qoy qadir Allah bu müqəddəs işdə Sizin və xalqımızın yardımçısı olsun. Üçrəngli bayrağımızın Xankəndidə, Şuşada, işğal altındakı digər rayonlarımızda əzəmətlə dalğalanacağı günü səbirsizliklə gözləyirik. İnşallah bu intizarımıza da tezliklə son qoyular.
Hörmətlə,
Əliyeva Dilarə İsabala qızı.
Azərbaycan Respublikası, Xaçmaz şəhəri.