Məlahət Tağıyevadan, Ağcabədi, Azərbaycan
Text size
08 sentyabr 2012, 11:45
Çox hörmətli Prezident!
Avqust ayının son günü tariximizə zəfər səhifəsi kimi yazıldı. Sizin müdrikliyiniz, cəsarətiniz, qətiyyətiniz, yenilməz iradəniz sayəsində qeyrətli Vətən övladımız Ramil Səfərov ölkəmizə gətirildi, azadlığa buraxıldı. Səkkiz il idi ki, biz bu əlamətdar günü gözləyirdik. İndi sevincimizin həddi-hüdudu yoxdur. Bu xoş anları bizə nəsib etdiyinizə görə Sizə ürəkdən minnətdarıq. Ramilin çətin günləri arxada qaldı. Qələbə müjdəli günlərimiz isə hələ qarşıdadır. Allah bu günləri bizə tez nəsib etsin. Tanrı Sizi qorusun, cənab Prezident!
Hörmətlə,
Tağıyeva Məlahət .
Azərbaycan Respublikası, Ağcabədi şəhəri.