19 yanvar 2023, 13:15

Vüqar Ağayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycan günü-gündən güclənir, inkişaf edir. Həm daxili, həm də xarici siyasətiniz sayəsində ölkəmizin dünya miqyasında nüfuzu artır.

Cənab Prezident, 44 günlük Vətən müharibəsindən sonra Qarabağımızda genişmiqyaslı bərpa-quruculuq işləri gedir. Bir sözlə, Azərbaycan ən güclü, qüdrətli dövrünü yaşayır.

Sizin əhalinin sosial rifahının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamınız bizim ailəyə də şamil olundu. Ölkəmizin inkişafı, xalqımızın həyat şəraitinin yaxşılaşdırılması üçün gördüyünüz bütün işlərə görə Sizə təşəkkürümü bildirirəm.

Allah Sizi qorusun və başımızın üzərindən əskik etməsin!

Hörmətlə,

Ağayev Vüqar,

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi.