17 yanvar 2023, 14:30

Sübhan Hacıbabazadədən, Astara, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Son illərdə Sizin rəhbərliyinizlə respublikamızda görülən işlər hər bir azərbaycanlının sevincinə səbəb olub. Dövlətimiz tərəfindən xüsusilə də şəhid ailələrinin, qazilərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün atılan addımlar Sizin diqqət və qayğınızın əyani təzahürüdür.

Cənab Prezident, dünyada baş verən hadisələrin, təlatümlərin xalqımıza mənfi təsirləri uzaqgörən siyasətiniz sayəsində minimuma endirilib. Bütün bunlar Sizin gərgin fəaliyyətiniz sayəsində mümkün olub.

Sizə Uca Tanrıdan möhkəm cansağlığı, dövlətimizin daha da qüdrətlənməsi yönündə fəaliyyətinizdə uğurlar arzulayıram.

Allah Sizi və dövlətimizi qorusun!

Hörmətlə,

Hacıbabazadə Sübhan,

Azərbaycan Respublikası, Astara şəhəri.