Rəşad İsmayılovdan, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
16 yanvar 2023, 18:00
Möhtərəm cənab Prezident.
Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində yorulmadan həyata keçirdiyiniz müstəqil, milli maraqlara əsaslanan müdrik siyasətiniz nəticəsində ölkəmiz iqtisadi və hərbi cəhətdən xeyli güclənib, regionun lider dövlətinə çevrilib, onun beynəlxalq arenadakı mövqeyi daha da möhkəmlənib. Müasir müstəqil dövlətimizin qurucusu, Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirərək, Siz Azərbaycanı dünyanın nüfuzlu ölkələri sırasına çıxarmağa nail olmusunuz. Ali Baş Komandan olaraq rəhbərliyiniz altında, düşünülmüş, məqsədyönlü, uzaqgörən siyasətiniz sayəsində xalqımız illərlə gözlədiyi Zəfərə nail olub.
Təsadüfi deyil ki, bu gün regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilir. Siz çıxışlarınızda vurğuladığınız kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Çünki ötən müddət ərzində Azərbaycanda bütün sahələrdə görünməmiş islahatlar həyata keçirilib, dinamik inkişafa nail olunub, iqtisadiyyatımız inkişaf edib, 2 milyondan çox yeni iş yeri yaradılıb, əmək haqqı və pensiyalar dəfələrlə artırılaraq insanların rifahı daha da yaxşılaşıb.
“RİCON” Məhdud Məsuliyyətli Cəmiyyəti 2003-cü ildən ölkəmizdə tikinti və quruculuq işlərinin aparılmasında yaxından iştirak edir, bir sıra rayonlarda suvarma və drenaj kanallarında yerinə yetirdiyimiz işlər kənd təsərrüfatımızın inkişafına təkan verir. Dəstəyiniz nəticəsində bizim kimi sahibkarlar ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verir, özəl sektorun nümayəndəsi olaraq yaradılmış sağlam rəqabət mühiti və şəffaflıq sayəsində əldə etdiyimiz uğurlarımızdan məmnunluq duyuruq. Ölkəmizin tərəqqisi naminə əzmlə çalışmaqda israrlıyıq və Sizə sonsuz dərəcədə güvənirik. Bu bizi Vətənimiz Azərbaycana sədaqətlə xidmət etməyə daha da ruhlandırır.
Artıq iki ilə yaxındır ki, dünya Azərbaycanın işğaldan azad edilmiş ərazilərdəki möhtəşəm sürətlə həyata keçirdiyi quruculuq əzminə şahidlik edir. Qarabağ və Şərqi Zəngəzurda qısa dövr ərzində həyata keçirilən yenidənqurma işləri işğaldan azad olunmuş ərazilərimizin bərpasının möhtəşəm nümunələrindəndir. Bu cür nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi, kənd və şəhərlərin yenidən qurulması məhz Sizin böyük siyasi iradənizin nəticəsidir. Respublikamızda aparılan islahatlar, idarəetmənin təkmilləşdirilməsi, şəffaflığın artırılması sahəsindəki səyləriniz sahibkarları bu proseslərə qoşulmağa həvəsləndirir.
Sahibkarlara göstərilən qayğıya, əldə etdiyimiz uğurlara görə biz öncə Sizə minnətdarıq. Məhz Sizin təqdirəlayiq kadr siyasətinizə görə bütün dövlət qurumlarının şəffaflığı artmış, dövlət-sahibkar münasibətləri yeni mərhələyə qədəm qoymuşdur.
Sizə kollektivimizin üzvləri adından möhkəm cansağlığı, Azərbaycan dövlətinin tərəqqisi və gələcək uğurları naminə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə gördüyünüz bütün işlərdə yeni nailiyyətlər arzulayıram.
Hörmətlə,
İsmayılov Rəşad, “RİCON” MMC-nin direktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.