Elməddin Şahbəndəyevdən, Bakı, Azərbaycan
08 sentyabr 2012, 09:00
Hörmətli cənab Prezident!
Sizin avqustun 31-də imzaladığınız Sərəncam məni o qədər sevindirib ki, Sizə necə təşəkkür edəcəyimi bilmirəm! Həqiqətən də bu addımınız təkcə Vətənin mərd oğlu Ramil Səfərovun deyil, onun kimi neçə-neçə vətəndaşımızın niskilini aradan qaldırdı. Sadə bir vətəndaş kimi, Sizə dərin təşəkkürümü bildirirəm. Arzu edirəm ki, Allah bizə Qarabağı da düşmən tapdağından qurtardığınız günü göstərsin, İnşallah!
Sizin xalqımız və millətimiz üçün atdığınız bütün addımları bəyənirəm və dəstəkləyirəm!
Bu gün təkcə bir nəfərin azadlıq və zəfər günü deyil, bunun çox böyük mənası var. Bu gün hamımızın qəlbində bir sevinc, bir şadlıq var!
Əminəm ki, apardığınız məqsədyönlü siyasət nəticəsində tezliklə Qarabağımız da işğaldan azad olunacaqdır. Bu işdə Sizə uğurlar arzu edirəm. Bir daha Sizə dərin-dərin təşəkkürlər.
Hörmətlə,
Şahbəndəyev Elməddin Hüseyn oğlu,
AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işçisi.
Azərbaycan Respublikası, Bakı şəhəri.