Murad Vəlizadədən, Salyan, Azərbaycan
10 yanvar 2023, 15:40
Hörmətli cənab Prezident.
STEAM İnnovasiya Mərkəzinin açılışı bizi çox sevindirdi, təhsil sahəsində daha bir yeniliyə imza atıldı. İnanırıq ki, bu əlamətdar hadisə gənc nəsil üçün çox faydalı olacaq.
Cənab Prezident, respublikamızın ali və ümumtəhsil məktəblərində əhatəli düşüncə qabiliyyətinə, bacarıq imkanlarına malik olan, əsaslandırılmış məntiqi baxışlarını ortaya qoya bilən güclü təfəkkür daşıyıcıları yetişdirilir. Qısa bir müddət ərzində müstəqil ölkəmizin yüksək nailiyyətlər əldə etməsi Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir. Bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirir, ölkəmizin daha da inkişafı istiqamətində yorulmaz fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Allah Sizi və dövlətimizi qorusun!
Hörmətlə,
Murad Vəlizadə
Azərbaycan Respublikası, Salyan rayonu, Qaraçala qəsəbəsi.