logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mürüvvət Məmmədovdan, Masallı, Azərbaycan

Text size icon-size icon-size

07 yanvar 2023, 15:00

Hörmətli cənab Prezident.

Siz şəhid ailələrinə çox böyük diqqət və qayğı göstərirsiniz. Mənim ailəm də onlardan biridir. Bu yaxınlarda küçəmizdə abadlıq işləri görüldü, yola asfalt örtüyü çəkildi.

Əziz Prezidentimiz, Sizin ölkəmizə rəhbərliyiniz dövründə rayonumuzda çox işlər görülüb. Biz bu işlərdən razıyıq. Bütün bunlar üçün bir şəhid atası kimi, Sizə öz minnətdarlığımı bildirirəm. Sizə uzun ömür, cansağlığı və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədov Mürüvvət, şəhid atası.

Azərbaycan Respublikası, Masallı rayonu, Öncəqala kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi