logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bəybaba Şükürovdan, Saatlı, Azərbaycan

Text size icon-size icon-size

09 yanvar 2023, 13:37

Hörmətli cənab Prezident.

Küçələrimizin asfaltlanması ilə əlaqədar olaraq, Sizə dərin minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayırıq. Asfalt örtüyü çəkilən bu yollardan istifadə edən sakinlərimiz məktəbə, xəstəxanaya, məscidə və anım yerimiz olan qəbiristanlığa rahat şəkildə gedib-gəlirlər.

Rayonumuzun R.Həsənli, Ə.Hüseynov, Ş.Yusif və Füzuli küçələrinin sakinləri adından və şəxsən öz adımdan bir daha Sizə dərin minnətdarlığımızı bildirirəm.

Allah Sizi var eləsin!

Hörmətlə,

Şükürov Bəybaba

Azərbaycan Respublikası, Saatlı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi