Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Zati-aliləri cənab Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana
Text size
01 yanvar 2023, 11:12
Hörmətli cənab Sədr,
Sudan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Sudan münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafeləri naminə bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2022-ci il