logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yaqub Əkbərovdan, Mingəçevir, Azərbaycan

Text size icon-size icon-size

05 yanvar 2022, 11:20

Möhtərəm Prezident.

Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, səhiyyədə də ciddi islahatlar həyata keçirilir. Bu islahatların fonunda, bu sahədə çalışan yüksək intellektual biliyə malik olan və əsas tibbi meyarlara cavab verən kadrlara etimad göstərilməsi, onların irəli çəkilməsi səhiyyəmizin inkişafına verilən ən yüksək mükafatdır.

Səhhətimdə yaranmış ciddi böyrək problemi ilə əlaqədar olum və ya ölüm dilemması qarşısında qalmışdım. Ailə üzvlərim ümidsiz vəziyyətdə İdilər. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından Bakı Sağlamlıq Mərkəzinə tibbi göndəriş aldım. Burada uğurla müalicə olundum, peşəkar həkim öz təcrübəsindən istifadə edərək məni həyata qaytardı. Bütün bunlara görə mən ailəm adından dövlətimə, dövlətimin başçısı cənab İlham Əliyevə, Mehriban xanıma dərin təşəkkürümü bildirirəm. Ona görə ki, peşəkar həkimlərə etimad göstərilməsi səhiyyəmizin inkişafına, insanların sağlamlığına böyük töhfə vermişdir.

Dövlətimizin bu gün ali məqsədlərindən birinin vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, insan sağlamlığının qorunması olduğunu görürük. Ümid edirəm ki, Siz xalqımızın milli iradəsinin rəmzi olaraq səhiyyəmizin inkişafına, dövlət siyasətindən irəli gələn prinsiplərin həyata keçirilməsinə bundan sonra da diqqət və qayğı göstərəcəksiniz.

Əkbərovlar ailəsi adından bir daha Sizə dərin təşəkkürümü bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Əkbərov Yaqub Həsən oğlu

Ağdam rayon sakini

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi