logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanunu

Text size icon-size icon-size

30 dekabr 2022, 15:00

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini

rəhbər tutaraq qərara alır:

Maddə 1. Ehtiyac meyarının həddi

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilsin.

Maddə 2. Bu Qanunun qüvvəyə minməsi

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 dekabr 2022-ci il 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi