30 dekabr 2022, 15:30

Zöhrə Həsənovadan, Qazax, Azərbaycan

Əziz Prezidentimiz.

İlk növbədə, Sizi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı, çətin və gərgin işinizdə daim uğurlar arzulayıram. Allahımdan dualarımızı qəbul etməsini və Sizi daim qorumasını təvəqqe edirəm. Yeni ilin Sizə, Mehriban xanıma və bütün ailə üzvlərinizə düşərli, sevincli olmasını diləyirəm. Allahım Sizin kölgənizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin.

Əziz Prezidentimiz, Sizə bu məktubu ünvanlamaqda məqsədim respublikamızın hər bir bölgəsi kimi, Qazaxın da abadlaşdırılması və gözəlləşdirilməsi, həmçinin ölkə vətəndaşlarının sağlam və firavan yaşayışı üçün görülən işlərlə əlaqədar minnətdarlıq bildirməkdir. Rayon sakinləri daimi su, işıq və təbii qazla təmin olunmuşlar, küçələr asfaltlanıb, insanlara rahatlıq bəxş edilib. Çətinliklə üzləşən insanların, ailələrin dövlətimizin qayğısı ilə əhatə olunması, onlara maddi və mənəvi kömək göstərilməsi bizi sevindirir. Bu ailələrdən biri də mənim ailəmdir. Həyat yoldaşımın vəfatından sonra nəvəmin səhhəti qəfildən pisləşmişdi. Dövlətimizin qayğısı sayəsində o, Bakı şəhərində lazımi tibbi xidmətlə təmin olundu və hazırda özünü yaxşı hiss edir.

Cənab Prezident, Sizin sayənizdə ölkəmizin səhiyyə müəssisələrində vətəndaşların sağlamlığının qorunması üçün hər bir şərait yaradılmışdır. Bu günlərdə, mən bunun bir daha şahidi oldum.

Allah Sizi qorusun.

Hörmətlə,

Zöhrə Həsənova

Azərbaycan Respublikası, Qazax şəhəri.