logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ziya Nuruyevdən, Naxçıvan, Azərbaycan

Text size icon-size icon-size

29 dekabr 2022, 13:36

Hörmətli cənab Prezident.

Allah Sizi bizə çox görməsin. Xalqımızla birlikdə daim firavan həyat sürəsiniz.

Mən üzləşdiyim problemin həllinə kömək göstərilməsi üçün bir vətəndaş kimi, Sizə müraciət etmişdim. Müraciətimə baxıldı və problem öz həllini tapdı. Bir daha əmin oldum ki, dar gündə dada çatan, hər bir vətəndaşına kömək əli uzadan qayğıkeş dövlət başçımız var.

Son illərdə Sizin tapşırıq və tövsiyələriniz əsasında, vətəndaş müraciətlərinə baxılması sahəsində müsbət dəyişikliklər görürük. Elə mənim müraciətimin diqqətlə araşdırılması və haqq-ədalətin öz yerini tapması da bunu bir daha göstərir. Bunun sayəsində vətəndaşların öz Prezidentinə və dövlətinə olan inamı və güvəni daha da artır.

Yeni il qabağı bizi sevindirdiyiniz üçün Sizə təşəkkür edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür diləyirəm. Bayramınız mübarək olsun.

Hörmətlə,

Ziya Nuruyev

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi