logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İman Almuradovdan, Tərtər, Azərbaycan

Text size icon-size icon-size

27 dekabr 2022, 15:46

Möhtərəm cənab Prezident.

Mənim nəvəm Oruczadə Dəyanətin 23 yaşı var. O, 44 günlük Vətən müharibəsində xüsusi təyinatlı kimi sərhəd qoşunlarında ön sırada xidmət göstərmişdir. Füzulinin, Hadrutun, Zəngilanın, Cəbrayılın azad olunmasında iştirak etmiş və Sizin sərəncamınızla 3 medala layiq görülmüşdür.

Nəvəm işləmək üçün ərizə ilə müraciət etmişdi. Onu fərdi söhbətə dəvət etdilər, Vətən müharibəsində iştirakını qiymətləndirdilər və lazımi tədbirlər gördülər.

Möhtərəm Prezident, müharibə veteranlarının işlə təmin olunmasında kömək göstərilməsi barədə Sizin məmurlara tapşırığınız öz müsbət nəticələrini verir və biz bunu yüksək qiymətləndiririk. Mən bir şəhid ailəsi, müharibə veteranının babası, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Tərtər rayon təşkilatının sədri kimi Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Hörmətlə,

İman Almuradov

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Tərtər rayon təşkilatının sədri

Azərbaycan Respublikası, Tərtər rayonu, Səhləbad kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi