26 dekabr 2022, 13:28

Xanımgül Ağayeva və Çingiz Təhməzovdan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz cəlilabadlılar Sizinlə nə qədər fəxr etsək, yenə də azdır. Sizin müdrik siyasətiniz və böyük zəhmətiniz sayəsində Azərbaycan gündən-günə inkişaf edir, çiçəklənir. Azərbaycanın hər bir guşəsi kimi, Cəlilabad rayonunda da abadlıq işləri davam etdirilir. Qarşıdakı vaxtlarda rayonumuz daha da gözəl olacaq. Ölkəmizin bütün vətəndaşları kimi, biz cəlilabadlılar da Sizinlə qürur duyuruq və Sizin siyasətinizi dəstəkləyirik.

Hörmətli cənab Prezident, Sizə təşəkkürümüzü bildirir, xalqımızın rifahı, xoş güzəranı naminə gördüyünüz bütün işlərdə yeni uğurlar arzulayırıq.

Allah Sizi hər zaman var eləsin.

Hörmətlə,

Xanımgül Ağayeva

Çingiz Təhməzov

Azərbaycan Respublikası, Cəlilabad şəhəri.