Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustindən
23 dekabr 2022, 12:29
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm.
Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq, tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə Sizin sanballı şəxsi töhfənizi xüsusi qeyd etmək istərdim. Ali səviyyədə qəbul edilmiş qərarların icrası məqsədilə ticari-iqtisadi və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, sənaye, energetika, nəqliyyat infrastrukturu və digər istiqamətlərdə qarşılıqlı faydalı iri layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradılıb.
Sizinlə həmişə açıq və konstruktiv şəraitdə keçən görüşlərimizi səmimiyyətlə xatırlayıram. Etimada söykənən ünsiyyətimizin davam etməsinə şad olacağam.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm.
Səmimi hörmətlə,
Mixail Mişustin
Rusiya Federasiyası Hökumətinin sədri