Yasin Abdurəhimov və başqalarından, Mingəçevir, Azərbaycan
22 dekabr 2022, 13:34
Hörmətli cənab Prezident.
Vətəndaşların rifahının yüksəldilməsi hər zaman dövlətimizin diqqət mərkəzindədir. Sizin komandanlığınız altında Vətən müharibəsində insanlarımızın illərlə həsrətində olduğu tarixi Qələbə qazanıldı. Bu Qələbə sevincini Siz bizə bəxş etdiniz. Sizin sayənizdə Azərbaycanda davamlı olaraq sosial sahədə uğurlu siyasət aparılır. Mingəçevir şəhərində abadlıq, quruculuq və yenidənqurma işləri də bu gün davam edir.
Sizin rəhbərliyinizlə respublikamızda həyata keçirilən tədbirlər, xüsusilə də bölgələrimizdə görülən işlər xalqımız tərəfindən böyük minnətdarlıqla qarşılanır. Mingəçevir şəhərində həyata keçirilən tədbirlər də bunların tərkib hissəsidir.
2022-ci ildə Mingəçevir şəhərində abadlıq-quruculuq işləri daha da genişlənmişdir. Şəhərimizin küçələrində yenidənqurma işlərinə başlanaraq asfaltlanma işləri görülür, küçələrin səkiləri yenilənir, yaşıllıqların salınması işləri aparılır, eyni zamanda, küçələrdə yeni yağışötürücü xətlər çəkilir, şəhər ərazisinin işıqlanmasına və yaşıllıqların suvarılması üçün əlavə su borularının quraşdırılmasına diqqət artırılmışdır.
Cənab Prezident, yaşadığımız əraziyə Sizin diqqət və qayğınız nəticəsində kanalizasiya, işıqlanma, internet xətləri və keyfiyyətli asfalt örtüyü çəkilmişdir. Ölkəmizin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə, Qarabağ iqtisadi rayonunda infrastrukturun yenidən qurulması kimi işlərin görüldüyü bir zamanda vaxt ayırıb Mingəçevir şəhərinə göstərdiyiniz diqqətə görə təşəkkür edir və Sizə yeni uğurlar arzulayırıq.
Ulu Tanrı Sizi və ölkəmizi qorusun.
Hörmətlə,
Abdurəhimov Yasin Yunis oğlu
Qocayev Bəxtiyar Allahyar oğlu
Mamedov Əlizadə Məmmədhəsən oğlu
Zeynalov Bakir Zeynal oğlu
Quluyev Fikrəddin Mustafa oğlu
Əliyev Şakir Soltan oğlu
Xəlilov Nizami İbrahim oğlu
Məmmədəliyeva Kifayət Məmmədəli qızı
Cəfərov Nizami Ağəli oğlu
Qocayev Mahir Ələkbər oğlu
Feyziyev Rasim Zülfi oğlu
Nəsibov Əlvan Rəhbər oğlu
Həsənov Məcnun Firidun oğlu
Orucov Əmir Duman oğlu
Sadiqov İsmayıl Nəriman oğlu
Qurbanov Oktay Muxtar oğlu
Ədilov Oruc Süleyman oğlu
Azərbaycan Respublikası, Mingəçevir şəhəri, “Günəşli” yaşayış massivi.